“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam! HEYDƏR ƏLİYEV

ANA SƏHIFƏ TRANSLİTERASİYA HAQQINDA

Transliterasiya – sözün və ya mətnin bir yazı sistemindən digərinə hərfbəhərf çevrilməsidir. Bu zaman bir yazı sisteminin vahidi digər yazı sisteminin müvafiq vahidi ilə (və ya hərf birləşməsi ilə) əvəz olunur.

Transliterasiya 4 yolla həyata keçirilir:

1) Hərfbəhərf əvəzləmə

2) Bir işarənin bir neçə işarə ilə əvəz edilməsi

3) Bir neçə işarənin bir işarə ilə əvəz edilməsi

4) Bir neçə işarənin bir neçə hərflə əvəz edilməsi.

Səslərin bir dildən digərinə dəqiq konvertasiyası üçün nəzərdə tutulan transkripsiyanın tam əksi olaraq, transliterasiya terminin özündən də göründüyü kimi (lat. Litera – hərf) dilin yazı formasına aiddir. Transliterasiya zamanı bu və ya digər əlifbada yazılmış mətn digər bir dilin əlifba sistemi ilə əvəz olunur.

Transliterasiyaya XIX əsrin sonlarında Prussiyanın Elmi Kitabxanasının yaranması ilə əlaqədar olaraq latın, kiril, ərəb, hind və digər əlifba sistemlərinə malik dillərdə yazılmış əsərlərin vahid bir kataloqda toplanması zamanı ehtiyac duyulmuşdur. Həmin kitabxanaların ehtiyaclarını ödəmək məqsədilə tərtib edilmiş transliterasiya üzrə təlimatlar XX əsrdə qeyr-latın əlifba sisteminin latın qrafikalı əlifba sisteminə konvertasiya edilməsi üçün əsas standart kimi qəbul edilmişdir.

a
a
b
b
c
j
ç
ch
d
d
e
e
ə
ä
f
f
g
ġ
ğ
gh
h
h
x
kh
ı
ı
i
i
j
zh
k
k
q
g
l
l
m
m
n
n
o
o
ö
ö
p
p
r
r
s
s
ş
sh
t
t
u
u
ü
ü
v
v
y
y
z
z

ƏKS ƏLAQƏ

E-mail:sabinamammadzadeh@gmail.com

Telefon: (+994 12) 510 06 98